VETRİL %20
VETRİL %20
Description
Oral məhlul | Antibakterial
TƏRKİBİ
Hər ml başına: 200 mq Enrofloksasin var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Enrofloksasin, ftorokinolonlar qrupuna aid 3-cü nəsil bir antibiotikdir və geniş təsir spektrinə malikdir
Enrofloksasin, bakteriyalarda DNA girazın (topoizomeraz 11) effektivliyinə maneə törədərək
bakteriyanın ölümünə səbəb olur.
Enrofloksasinə həssas olan qram-mənfi və qram-müsbət bakteriyalara güclü bakterisid təsir göstərir.
Enrofloksasin, oral yolla tətbiq edildikdən qısa müddət sonra asanlıqla sorulur və geniş şəkildə bədənə
yayılır. Enrofloksasinin verilməsindən sonra 1-2 saat ərzində ən yüksək plazma konsentrasiyasına
çatır və 12-24 saat ərzində eyni terapevtik səviyyədə qalır.
İSTİFADƏ SAHƏSİ
Broyler toyuqlarında və hinduşkalarda, tənəffüs və həzm sistemlərində bakterial və mikoplazma
mənşəli infeksiyaların müalicəsində istifadə olunur. Kolibasilloz, Salmonellyoz (Toyuq qarın yatalağı),
Pasteurellyoz (Toyuq vəbası), Mikoplazma infeksiyaları (CRD, CRD Kompleksi), Stafilokok
infeksiyası, Erysipelas (hinduşka), virus xəstəliklərində görülən ikinci infeksiyalar istifadənin, əsas
sahələridir.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Enrofloksasininin farmakoloji dozası, 10 mq/kq diri çəkisi/gün olacaq şəkildə aşağıda göstərilən
cədvəldə verilmiş praktik dozalarda oral olaraq qəbul edilir.
Qanadlı Orta Hesabla Diri Çəki (q) |
1.000 Ədəd Qanadlıda İstifadə Ediləcək Vetril %20 Miqdarı (ml) |
5.000 Ədəd Qanadlıda İstifadə Ediləcək Vetril %20 Miqdarı (ml) |
10.000 Ədəd Qanadlıda İstifadə Ediləcək Vetril %20 Miqdarı (ml) |
100 |
5 |
25 |
50 |
150 |
7.5 |
37.5 |
75 |
250 |
12.5 |
62.5 |
125 |
500 |
25 |
125 |
250 |
1000 |
50 |
250 |
500 |
1500 |
75 |
375 |
750 |
2000 |
100 |
500 |
1000 |
Preparat, gündəlik istifadə ediləcək suya əlavə edilir və dərmanlı suyun istifadə edildikdən sonra təmiz
suya keçilir. Preparatlı su, hər gün təzə olaraq hazırlanmalıdır. Salmonella və pasturella infeksiyaları
üçün 5-10, digər infeksiyalar üçün 3-5 gün ərzində istifadə edilməlidir. 24 saat istifadə edilməyən
preparatlı su atılmalıdır. Vetril %20, sinklənmiş metal suvarma sistemlərində və ya qablarda istifadə
etməyin. Tətbiq zamanı xlorlama etməyiniz.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən sonra toyuqlar, 12 gün və hinduşka 14 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan
istehlakı üçün yumurta əldə edilən hind toyuqları və toyuqlara tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
1 - 3 l