VETAMOKS LA®-250ml
VETAMOKS LA®-250ml
Description
TƏRKİBİ
Hər ml başına: 150 mq Amoksisillinə ekvivalent olan 174.4mq amoksisillin trihidratı var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Amoksisillin, geniş spektrli bakterisid təsiri, yarı sintetik penisillindir. Bakteriya, hüceyrə divarındakı
penisillinə xas olan proteinlərlə bağlanaraq, hüceyrə divarının sintezinin qarşısını alır və bakteriyaların
lizisinə səbəb olur. Amoksisillin, in vitro olaraq həm qram-müsbət, həm də qram-mənfi bakteriyalara qarşı
təsirlidir.
48 saatdan çox davam edən antibiotik aktivlik effekti təmin edən bir suspenziyadır Tərkibindəki alüminium
stearat və yağlı daşıyıcı maddə sayəsində inyeksiya yerindən sorulması, uzun müddət tələb olunur.
İSTİFADƏ SAHƏSİ
Mal-qara, qoyun, İt və pişiklərdə istifadə olunur. Amoksisillinə həssas mikroorqanizmlərdən əmələ gələn ,
enterit kimi həzm sistemi infeksiyaları, pnevmoniya kimi tənəffüs sistemi infeksiyaları, sidik-cinsiyyət sistemi
infeksiyaları, abseslər, dırnaq, göbək infeksiyalarında və virus xəstəlikləri zamanı həssas bakteriyaların
törətdiyi infeksiyalarda, habelə bakteriyaların xəstəliyin ilkin səbəbi olmadığı, ikinci infeksiyalarının
müalicəsində və uzun effektin lazım olduğu, amoksisillin trihidrata həssas olan əməliyyatdan sonrakı
infeksiya (əməliyyatdan əvvəl müalicə keçirilir hallarda istifadə olunur.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkimi tərəfindən başqa bir tövsiyə edilmədikdə, tövsiyə olunan doza 15 mq/kq bədən çəkisidir.
Bu dozanı əldə etmək üçün hər 10 kq bədən çəkisi üçün 1 ml preparat, əzələdaxili və ya dərialtı olaraq
vurulur. Zəruridirsə, 48 saatdan sonra doza təkrarlana bilər. Tövsiyə olunan doza və müddət aşılmamalıdır.
Doza tənzimləmə cədvəli:\
Hayvan Növü |
Diri Çəki (kq) |
Doza Həcmi (ml) |
Mal-qara |
400 |
40.0 |
Dana- düyə |
200 |
20.0 |
Buzov |
50 |
5.0 |
Qoyun |
65 |
6.5 |
Quzu |
10 |
1.0 |
İt - böyük |
35 |
3.5 |
İt - orta |
20 |
2.0 |
İt - kiçik |
10 |
1.0 |
Pişik |
5 |
0.5 |
Mal-qarada 10, qoyunlarda 5 ml-dən çox tətbiq olunursa, müxtəlif sahələrə tətbiq olunmalıdır.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və preparatın tətbiq edilməsindən
sonra mal-qara və qoyunlar, 30 gün keçmədən kəsimə göndərilməməlidir. Süd verən mal-qarada müalicə
zamanı və son dərman qəbul edildikdən sonra 5 gün (10 sağım) ərzində əldə edilən inək südü və 7
gün (14 sağım) ərzində əldə edilən qoyun südü, insan istehlakına təklif edilməməlidir. Preparat qalığı
təmizlənmə müddətinin uzun olmasına görə, insan istehlakı üçün süd verən inək və qoyunlara tətbiq
edilməsi tövsiyə edilmir.
BURAXILIŞ FORMASI
100 - 250 ml