"VETRİL %10"-100ml

13.00
-
+
Weight : 100 grams
Category :
Animals :

Description

İnyeksiya edilə bilən məhlul | Antibakterial

TƏRKİBİ
Hər ml başına: 100 mq Enrofloksasin var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Vetril %10 inyeksiya həllinin aktiv maddəsi olan və geniş spektrli təsir göstərən enrofloksasin
florokinolonlar qrupuna aid bir antibiotikdir. Enrofloksasin, bakteriyalarda DNT replikasiyasını təmin
edən DNT giraz (Topoisomerase 11) fermentinin təsirinə maneə törətməklə, bakteriyaların ölümünə
səbəb olan hüceyrə həcmində anormal genişlənməyə səbəb olur. Bu xüsusi təsir mexanizmi
sayəsində digər antibakterial maddələrə qarşı müqavimət göstərən bakteriyalara da təsir göstərir.
Enrofloksasin parenteral tətbiq edildikdən sonra yaxşı bir şəkildə əmilir. Onun bioloji əlverişliliyi % 80-
%90’dir. Plazma konsentrasiyası, tətbiqdən 2 saat sonra ən yüksək həddə çatır. Plazma proteinlərinə
aşağı nisbətdə bağlanır. Geniş surətdə hüceyrədaxili və hüceyrədən kənar mayelərə köçürülür.
Toxumalardakı miqdarı, serumdan 3 qat daha çoxdur. Yüksək səviyyədə olduğu toxumalar, xüsusilə
ağciyər, qaraciyər, böyrək, sümük və limfa sistemidir. Onların yarı ömrü isə 10 saatdır. Əsasən öd
və sidik yolu ilə xaric olunur. Eliminasiyanın yarı ömrü isə 6 saatdır. Bunun təxminən %50’i sidikdə
dəyişməz olaraq boruşəkilli sekresiyası ilə ifraz olunur.

İSTİFADƏ SAHƏSİ
Mal-qara və qoyunların tənəffüs və həzm sistemi xəstəliklərində geniş surətdə istifadə olunur.
Xüsusən də Colibasillosis, Coliseptisemi, Pasteurellosis, Mycoplasmosis, Salmonellosis, yoluxucu
agalaktiya və viruslardan qaynaqlanan ikinci dərəcəli infeksiyaların müalicəsində, kəskin mastit və
metritdə, yerli müalicəyə əlavə olaraq dəstək kimi tövsiyə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar tərəfindən başqa tövsiyə olunmadıqda; Enrofloksasinin, əzələdaxili,, dərialtı və ya damardaxili
yolu ilə farmakoloji dozası, mal-qara və qoyun üçün 2,5 mq/kq diri çəki/ gün təşkil edir. Buna görə,
praktik doza gündəlik dozaları belədir;
Mal-qara, dana, düyə, buzov : 2.5 ml / 100 kq diri çəki
Qoyun : 1 ml / 40 kq diri çəki,
Quzu : 0.5 ml / 20 kq diri çəki,
Müalicə 3-5 gün davam edir. Salmonella və ağırlaşmış tənəffüs sistemi xəstəliyində doza iki qat
artırıla bilər və müalicə müddəti 5 gün həyata keçirilir. Mal-qarada: dərialtı tətbiq edildikdə bir bölgəyə
10 ml-dən çox dərman tətbiq edilməməlidir, doza bölünməli və müxtəlif yerlərə tətbiq olunmalıdır.
Qoyunlarda tətbiq ediləcək dərman miqdarı 5 ml-dən çox olarsa, dərman bölünüb tətbiq olunmalıdır.
Tətbiqetmə zamanı aseptika və antiseptika qaydalarına əməl edilməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən sonra mal əti 14 gün, qoyunlar 10 gün keçmədən kəsimə göndərilməməlidir. Sağmal
inəklərin südü 8 sağım boyunca istifadə edilə bilməz. İnsan istehlakı üçün süd əldə edilən qoyunlara
tətbiq edilməməlidir.
 

BURAXILIŞ FORMASI
50- 100 - 250 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}