"POULFENİCOL %30"-3lt
"POULFENİCOL %30"-3lt
Description
POULFENİCOL %30 - Oral suspenziya | Antibakterial
Tərkibi:
Hər ml başına: 300 mq Florfenikol var
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏR
Florfenikol, bakteriostatik, sintetik, geniş spektrli bir antibiotikdir. Bir çox qram-müsbət və qram-mənfi bakteriyaları, bakteriya hüceyrəsində protein sintezinii ləngidərək təsir göstərir. Protoplazma içərisində 70S ribosomlarına bağlanır və burada peptidil transferazını ləngidir. Nəticə olaraq, ribosoma, həssas bakteriyalarda protein sintezinin ləngidilməsidir. Florfenikol, bir tiamfenikol törəməsidir və içərisində hidroksil qrupunun yerinə ftor atomunu ehtiva edir. Buna görə, xloramfenikola davamlı olan asetil transferaz istehsal edən bakteriyalara qarşı təsirli olur. Laboratoriya işləri, Florfenikolun Escherichia coli, Pasteurella spp. (xüsusilə xolera faktoru Pasteurella multocida), Haemophilus paragallinarum (yeni adı Avibacterium paragallinarum), Ornithobacterium rhinotracheale, Staphylococcus spp., Proteus spp., Streptococcus spp., Shigella spp., Kleppiel spp. kimi bir çox patogen mikroorqanizmlərə qarşı təsirli olduğunu sübut etdi.
İSTİFADƏ SAHƏSİ
Broyler toyuqlarında: Escherichia coli, Pasteurella spp. (xüsusilə toyuq xolera faktoru Pasteurella multocida), Staphylococcus spp. Ornitobakterium rhinotracheale, yoluxucu zoğalı agent Haemophilus paragallinarum (yeni ad Avibacterium paragallinarum) və florfenikola həssas olan mikroorqanizmlərin törətdiyi digər xəstəliklər.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda
Toyuqlarda gündəlik farmakoloji doza, hər kq diri çəkisi üçün 20 mq florfenikoldur.
Praktik olaraq, 1500 kq diri çəkiyə 100 ml Poulfenicol %30 oral suspenziya içməli suya əlavə olunur. Müalicə müddəti, 3-5 gündür.
Preparat, içməli suda tətbiq olunmalıdır. Müalicə zamanı heyvanlar, yalnız bu preparatı ehtiva edən sudan istifadə etməlidirlər. Bu mümkün deyilsə, gündəlik doza iki bərabər dozaya bölünməlidir, biri səhər, digəri 12 saatdan sonra tətbiq edilməlidir.
Preparatlı su, hər gün təzə olaraq hazırlanmalıdır.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən sonra mal-qaralar 5 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün yumurta olan toyuqlara tətbiq edilməməlidir.
BURAXILIŞ FORMASI
1 - 3 l