Description
Oral məhlul tozu | Antibakterial
TƏRKİBİ
Hər qramda: 859.1 mq Tilosin bazasına ekvivalent olan tilosin tartrat var.
FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Farmakodinamik xüsusiyyətləri:
Tilosin Streptomyces fradiae tərəfindən törədilən makrolid qrupuna aid antibiotikdir. Təsirini, həssas
mikroorqanizmlərdə protein sintezinin qarşısını alaraq göstərir. Preparatın təsir spektrinə qram-müsbət
bakteriya, Pasteurella və Mycoplasma spp kimi qram-mənfi bakteryialar daxildir.
Farmakokinetik xüsusiyyətləri:
Əksər növlərdə plazma ən yüksək konsentrasiyasına, tətbiqetmədən 1-2 saat sonra çatır. Plazma səviyyəsi
ilə müqayisədə toxumalarda daha yüksək sıxlığa çatır. Geniş şəkildə metabolizə olunur. Metabolitləri (tilosin
(faktor A), relomisin (faktor D) və dihydradesmicosin) nəcislə xaric oulr.
İSTİFADƏ SAHƏSİ
Taylosol oral məhlul tozu, aşağıdakı hallarda göstərilir:
Buzov: Mycoplasma sp. tərəfindən törədilən pnevmoniyanın müalicəsi və metaflaksisi (xəstəliyə düçar
olan sürülərdə yayılmasının qarşısını almaq məqsədilə) Toyuq: Mycoplasma gallisepticum və Mycoplasma
synoviae tərəfindən törədilən CRD infeksiyalarının müalicəsi və metaflaksisi. Xəstəlik diaqnozu qoyulmuş
sürülərdə Clostridium perfringensin tərəfindən törədilən nektorik enteritin müalicəsi və qarşısının alınması.
Hinduşka: Mycoplasma gallisepticum tərəfindən törədilən yoluxucu sinuzitin müalicəsi və metafilaktikası.
İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
İçməli su əlavə etməklə tətbiq olunur. Buzovlarda süd və ya süd əvəzi ilə də verilə bilə.r
Buzov: 20-40 mq/kq tirozin diri çəki/gün dozada (hər kq dir çəki üçün 22-44 mq preparat), 7-14 gün ərzində
tətbiq edilir. Gündəlik doza iki hissəyə bölünərək, səhər və axşam idarə təbtiq edilir.
Hinduşka: 75-100 mq/kq tirozin diri çəki/gün dozada (hər kq dir çəki üçün 82,5-110 mq preparat),
3-5 gün ərzində tətbiq edilir.
Toyuq: CRD-nin müalicəsində 75-100 mq/kq tirozin diri çəki/gün dozada (hər kq dir çəki üçün 82,5-110 mq
preparat) 3-5 gün ərzində tətbiq edilir.
Nekrotik enteritdə: 20 mq/kq tirozin diri çəki/gün dozada (hər kq dir çəki üçün 22 mq preparat) 3 gün ərzində
tətbiq edilir. Preparatlı su/süd/süd əvəzedicisinin hazırlanmasında, müalicə ediləcək heyvanların bədən
çəkiləri və preparatlı su/süd/süd əvəzedicisinin istifadə miqdarı diqqətlə ölçülməlidir. İstehlak, irqi, yaşı,
baxım şərtləri və sağlamlıq vəziyyəti kimi amillərdən asılı olaraq fərqlənə bilər.
Preparatlı su/süd/süd əvəzedicisi hər 24 saatda təzələnməlidir.
Ciddi infeksiya əlamətlərini göstərən heyvanlar (məsələn, su/yem istehlakının həddindən artıq azaldılması)
inyeksiya kimi üsullarla fərdi şəkildə müalicə edilməlidir.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən
sonra mal-qaralar 12 gün, hinduşkaları 2 gün, toyuqlar 1 gün keçmədən kəsimə göndərilməməlidir.
Hinduşka və toyuqda yumurta üçün qalığın çıxarılması müddəti “0” gündür.
BURAXILIŞ FORMASI
500 q