SİLVEZİN

0.00
-
+
Weight : 50 grams
Category :
Animals :

Description

Krem | Antibakterial

TƏRKİBİ
Hər qramda: 10 mq Silver sulfadiazin vardır.
 

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Silvezin kreminin aktiv maddəsi, Silver sulfadiazin suda həll olunmayan, ancaq sulu bir krem
əsasında homogen bir suspenziya edən bir maddə olmaqla, geniş antibakterial spektrə malikdir. Hər
növ yanıqların və açıq yaraların infeksiyadan qorunmasında, yaraların və yanıqların müalicəsində
müvəffəqiyyətlə istifadə olunur.
Gümüş sulfadiazinin birləşdirilmiş antibakterial təsiri də bakteriya növlərində müqavimətin inkişafının
qarşısını alır. Gümüş isə yavaşca sərbəst buraxılır və buna paralel olaraq xlorid ionunun sürətlə
işlətmənin qarşısı alınır. Beləliklə, elektrolit tarazlığının pozulması, minimum səviyyədə qalır.
Həyata keçirilən klinik sınaqlarda bəzi infeksiyalardan qorunma prosesində: müalicə baxımından,
bunun həm ağrısız olduğu, həm də elektrolit itkisinə səbəb olmayan bir epitelizasiya vasitəsilə
sağalma ilə nəticələndiyi qeyd edilmişdir.
Yaralara tətbiq olunan Silvezin sorulmaqla birlikdə qan dövranına daxil olan ümumi miqdarı nəzərə
alınmayan səviyyədə qalır (maksimum %10). Bununla bərabər, tətbiq olunan kəsiklərdə toxumaların
əmdiyi sıxlıq kifayətdir. Antibakterial effekt təmin edəcək səviyyədə olur.
Silvezin tətbiq edildikdən sonra zəruri sayılırsa, üzərinə sarğı qoyula bilər və sarğı materialı dəyişdirdiyi
zaman yaraya yapışmır. Asanlıqla su ilə yuyula bilər və ləkə buraxmır.
 

İSTİFADƏ SAHƏSİ
Silvezin, bütün heyvanlarda, həssas bakteriyaların qarışdığı bütün növ dəri zədələrində və yaralarında,
yanıq yaralarında müalicə məqsədilə istifadə olunur.
• Yanıq yaralarının infeksiyalardan qorunmasında,
• Qram-müsbət və qram-mənfi mikroorqanizmlər və göbələklərlə yoluxmuş yanıqların müalicəsində,
• Digər dəri zədələnmələrinin və yaraların profilaktikası və müalicəsi üçün göstərilir.
 

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Lazımi dərəcədə təmizlənmiş yara və zədələnmələr üzərində nazik bir təbəqə şəklində sürtülür.
Lazım gəldiyi halda, üzərinə sarğı qoyulur. Sarğı, həkimin tələbi ilə gündə 1-2 dəfə təzələnə bilər.
Kifayət qədər krem sürtülmüş isə, Silvezin sarğıya yapışmaz.
QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Ət və süd üçün “0” gündür.
 

BURAXILIŞ FORMASI
50 q

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}