VETİMİSİN®

0,00
-
+
Масса : 12 грамм
Категория :
Heyvanlar :

Описание

İnyeksiya edilə bilən suspenziya tozu + həlledicisi | Antibakterial

TƏRKİBİ
Toz flakonunda: 400.000 I.U. Penisillin G kalium, 1.200.000 I.U. Penisillin G procainin tərkibində
2 q Streptomisin bazasına ekvivalent olan 2,684 q streptomisin sulfat və həlledici ampulada 10 ml steril
apirogen inyeksiya suyu var. Toz ilə 10 ml həlledici qarışdırıldıqda, 12 ml-lik homogen ağ rəngli suspenziya
alınır və hər ml-sində: təxminən 33.000 I.U. Penisillin G kalium, 100.000 I.U. Penisillin G procaine və
166 mq Streptomisin bazasına ekvivalent olan streptomisin sulfat var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Vetimisin, qanda təsirini göstərən dərhal kristallaşmış penisillin və təsirinin davamını təmin edən prokain
penisillin və streptomisin tərəfindən əmələ gətirilən əzələdaxili inyeksiya üçün hazırlanmış birləşmiş bir
preparatdır. Penisillinlər, bakteriyalarda hüceyrə divarının sintezini ləngitmək, streptomisin isə bakteriyaların
ribosomlarında protein sintezini ləngidərək təsir göstərir.
 

İSTİFADƏ SAHƏSİ
Mal-qara, at, qoyun və itlərdə həssas bakteriyaların səbəb olduğu aşağıdakı infeksiyaların müalicəsində
istifadə olunur:
• Bronxopnevmoniya və s. tənəffüs sistemi infeksiyalarında,
• Xüsusilə E. coli və Salmonella spp. tərəfindən meydana gətirilən həzm sisteminin infeksiyalarında,
• Urogenital sisteminin infeksiyalarında,
• Septikemiyada,
• Həssas bakteriyaların törətdiyi və viral infeksiyalara müşayiət edən ikinci infeksiyalarda,
• Ayaq çürükləri və pieten kimi ayaq infeksiyalarında,
• Abses və aktinomikoz kimi yumşaq toxuma infeksiyalarında istifadə olunur.
 

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:

Hayvan Növü

Diri Çəki

Doza

Mal-qara, at, dana və daylarda

100 kq

3 ml

Qoyun

İt

50 kq

2.5 kq

1.5 ml

0.25 ml

Homogen bir qarışıq olmaq üçün, Vetimisin tozu sulandırılmadan bir az çalxalayaraq, dibdə və kənarındakı
yığılmaların qarşısı alınmalı və bu şəkildə sulandırılmalıdır.
Həlledici və toz şüşə qarışdırdıqdan sonra, 12 ml suspenziya əldə edilir. Əzələdaxili inyeksiya vasitəsilə,
24 saat fasilələrlə ən azı 3 gün davam etdirilməlidir.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın tətbiqindən
sonra mal-qaralar və qoyunlar, 14 gün keçmədən kəsimə göndərilməməlidir. Preparatdan istifadə edilməsi
zamanı və tətbiqetmə dayandırıldıqdan sonra 4 gün ərzində (8 sağım) inək südü, istehlak üçün təklif
edilməməlidir.
BURAXILIŞ FORMASI
İnyeksiya üçün 4.5 q toz ehtiva edən flakon + 10 ml inyeksiya üçün su 

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}