POULFENİCOL %10

0,00

Нет в Hаличии

Масса : 3.0 килограммы
Категория :
Heyvanlar :

Описание

Oral məhlul | Antibakterial

TƏRKİBİ
Hər ml başına: 100 mq Florfenikol var.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Florfenikol, bakteriostatik, sintetik, geniş spektrli bir antibiotikdir. Bir çox qram-müsbət və
qram-mənfi bakteriyaları, bakteriya hüceyrəsində protein sintezini ləngidərək təsir göstərir.
Protoplazma içərisində 70S ribosomlarına bağlanır və burada peptidil transferazını ləngidir.
Nəticə olaraq, ribosoma, həssas bakteriyalarda protein sintezinin ləngidilməsidir. Florfenikol, bir
tiamfenikol törəməsidir və içərisində hidroksil qrupunun yerinə ftor atomunu ehtiva edir. Buna
görə, xloramfenikola davamlı olan asetil transferaz istehsal edən bakteriyalara qarşı təsirli olur.
Laboratoriya işləri, Florfenikolun Escherichia coli, Pasteurella spp., Haemophilus spp., Proteus
spp., Staphylococcus spp., Streptococcus spp., Shigella spp., Klebsiella spp., Enterobacter spp.
kimi bir çox patogen mikroorqanizmlərə qarşı təsirli olduğunu sübut etmişdir.

İSTİFADƏ SAHƏSİ
Broyler toyuqlarında: Escherichia coli, Pasteurella multocida, Staphylococcus spp.
Ornitobakterium rhinotracheale, Haemophilus paragallinarum və florfenikola həssas olan digər
patogenlər tərəfindən törədilən infeksiyaların müalicəsi üçün göstərilir.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI
Baytar tərəfindən başqa tövsiyə olunmadıqda; Toyuqlarda gündəlik doza, hər kq canlı çəkisi
üçün 20 mq florfenikoldur.
Bu doza, toyuq üçün 4 həftəlik 100 L içməli suya bərabərdir. Toyuqlarda, yuxarı yaş qruplarında
100 litr içməli suya 200 ml məhsul istifadə olunur. Müalicə müddəti, 3-5 gündür.
Preparat, içməli suda tətbiq olunmalıdır. Müalicə zamanı heyvanlar, yalnız bu preparatı ehtiva
edən sudan istifadə etməlidirlər. Bu mümkün deyilsə, gündəlik doza iki bərabər dozaya
bölünməlidir, biri səhər, digəri 12 saatdan sonra tətbiq edilməlidir.
Preparatlı su, hər gün təzə olaraq hazırlanmalıdır.

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR
Preparat qalıqlarının təmizlənmə müddəti (d.q.t.m.): Müalicə müddətində və son preparatın
tətbiqindən sonra mal-qaralar 5 gün keçmədən kəsimə göndərilməməlidir. İnsan istehlakı üçün
yumurta olan toyuqlara tətbiq edilməməlidir.

BURAXILIŞ FORMASI
1 - 3 litr

 

STOKDA TÜKƏNİB.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}