OPTİSORB

0,00
-
+
Çəki : 25.0 kiloqram
Kateqoriya :
Heyvanlar :

Məzmun

OPTİSORB- Yem əlavəsi.

Yem əlavəsinin forması: Toz şekilli.

Yem əlavəsinin tərkibi fəal maddələr: Canlı maya- Saccharomyces cerevisiae, Qurudulmuş su yosunu - Chlorella vulgaris, Kalsium karbonat, Klinoptiolit, Aktiv karbon, Buğda kəpəyi, Bentonit.

6Analitik göstericirerinə görə: Xam protein- 11,3%, Xam yağ-0,12%, Xam sellüloza-0,68%, Xam kül- 9,34%. Namlik- 9,34%.

Farmako-terapevtik qrupu: Yem əlavəsi.

Qablaşdırma forması: Polietilen içlikli kağız kisələrdə 25,0 kq miqdarında qablaşdırılır.

Saxlanma şəraiti və yararlılıq müddəti: İstehsalçı qablaşmasında, quru, qaranlıq, sərin, yaxşı havalandırılan, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Yararlılıq müddəti 18 (on səkkiz) aydır.

Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri farmakoloji ve xüsusiyyətləri: "OptiSorb" yemlərdə kif göbələklərinin inkişafının qarşısını alır, müxtəlif mikotoksinləri adsorbsiya edir, onların mədə-bağırsaqlardan sorulmasını əngəlləşdirir, mikotoksinlərin təsirini zəiflədir, mikotoksinlərin ətə, südə, yumurtaya keçməsinin qarşısını alır, onların ekoloji təhlükəsizliyini təmin edir. Yem əlavəsi heyvanlarda və quşlarda xəstəliyə davamlığı və inkişafı artırır.

Tətbiqinə göstərişlər: Yem əlavəsi kənd təsərrüfatı heyvanlarında və quşlarda mikotoksikozların qarşısını almaq və yemlərdə kif göbələklərinin inkişafını nəzarətdə saxlamaq məqsədi ilə tətbiq edilir.

İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi yem istehsalı müəssisələrində 1,0 ton yemə 0,5-2,0 kq hesabı ilə dozalaşdırılaraq qarışdırılır. "OptiSorb" müasir texnologiya və müasir texniki avadanlıqla elə qarışdırılmalıdır ki, preparat yem kütləsinin hər bir hissəsində bərabər konsentrasiyada yayılmış olsun.

Qeyd: Yem əlavəsinin kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.

Yanaşı mənfi təsirləri: Heç bir yanaşı mənfi təsir yoxdur. .

Əks göstərişlər: Yoxdur

Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, şəxsi mühafizə vasitələrindən istifadə edilməlidir.

Yem əlavəsi tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Yem əlavəsi verilmiş heyvanların quşların ve məhsullarından istifadə üçün gözləmə vaxtı tələb olunmur və bütün məhsullar heç bir məhdudiyyət olmadan insanların istifadəsi üçün yararlıdır.

İstehsalçı: "ZNF Besin Maddeleri. San ve Tic. Ltd. Sti". Türkiyə.

 

Buraxılış forması : 25kq.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}