CHLOR TAB
Məzmun
"Acidex Chlor Tab 50" - Dezinfektant baytarlıq preparati
Preparatın təsviri: Xarici görünüşcə ağ rəngli hab halındadır.
Darman forması: Həb.
Preparatın tərkibi fəal maddə: Natrium axlorizosianurat -50%. Kəməkçi maddələr: Apidin turşusu- 22.5%, Natrium karbonat- 7,5%, yardımçı maddə- 20%.
Farmako-terapevtik qrupu: Dezinfektant baytarlıq preparati
Qablaşdırma forması: Preparat yüksək sixliqli polietilendan hazırlanmış taralarda qablaşdırılır.
Saxlanılma şəraiti va yararlılıq müddəti: Preparat istehsalçı qablaşmasında yaxşi ventilyasiya olunan, sorin, quru qaranlıq, uşaqlar üçün əlçatmaz, ərzaq içki və yemlər olmayan yerdə saxlanılmalıdır. Yararlılıq müddəti 2 (iki) ildir.
Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: "Acidex Chlor Tab 50" üzvi və qeyri üzvi çirklərin yuyulması üçün kompleks maye şəklində vasitədir Onun antimikrob təsiri xlorid və oksid ionlarının bakteriya hüceyrəsi protoplazması ilə qarşılıqlı reaksiyaya girǝrǝk zulallardan oksigeni almaqla onun koaqulyasiya va denaturasiyaya səbəb olması ilə əlaqədardır. Preparat bakteriosid (grammusbət və qrammanfi), fungisid sporosid va virulisid təsirlərə malikdir Cod suda və üzvi çirkli maddələrdə aktivliyini itirmir. Törədicilarda preparata qarşı davamlılıq yaranmır.
Tətbiqinə göstərişlər: Preparat bakteriosid (grammüsbət və qrammǝnfi). funqisid, sporosid və virulisid təsirlərə malikdir. Heyvandarlıq binalarında və quşçuluq təsərrüfatlarında döşəmənin, suların, su xətlərinin, cərrahi alətlərin dezinfeksiyası üçün istifadə edilir.
İstifadə və dozalaşdırma qaydaları: Muvafiq konsentrasiyalı işçi məhlul preparata görə (100%) ve suyun temperaturu (20°C± 2°C) götürülür. Preparatla işləmələr aşağıdakı qaydalarla aparılır:
Baytalıq nəzarəti altında olan müəssisələrdə ümumi dezinfeksiya preparatin 1.300-1:500 olmaqla məhlulundan istifadə edərək dezinfeksiya etmək. Bu məqsədlə 1.0m² sahəyə 300 ml məhlul hesabı ilə dezinfeksiya sprey və ya çiləmə yolu ilə aparılır.
Baytalıq nəzarəti altında olan müəssisələrdə hava yolu ilə püskürtmək məqsədilə preparatın 1.200- 1:400 olmaqla məhlulundan istifade edərək dezinfeksiya etmək. Bu məqsədlə 100m³ sahəyə 1,0 litr məhlul hesabı ilə dezinfeksiya aparılır;
Piyada və avtomobil keçedlərinin, çoxsaylı istifadə edilən fərdi mühafizə vasitələrinin (rezin çəkmələr, xalat, şalvar, baş geyimi, əlcək) preparatın 1:300- 1:500 olmaqla məhlulundan istifadə edərək dezinfeksiya etmək;
Qeyd: İstehsalçının istifade təlimatında va qablaşma (tara) üzərində göstərilən istifadə dozalaşdırma qaydaları üstün hesab edilməlidir. va Verilmiş təlimat istehsalçı tərəfindən preparatın tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Gözləmə vaxtı: Məhsulun istifadəsi üçün gözləmə vaxtı tələb olunmur.
Təhlükəsizlik tədbirləri: Preparatın işçi məhlulunun hazırlanması və onunla işləyən vaxt təhlükəsizlik tədbirlərinə ciddi məl edilməlidir.
Preparatın nəfəslə daxil olması və udulması təhlükəlidir. Preparat dəriyə düşərsə onu dərhal bol su ilə yumaq lazımdır. Preparatla işləyərkən şəxsi mühafizə vasitələrindən (xalat fartuk. rezin çəkmə, rezin əlcək, maska. qoruyucu gözlük. baş geyimi ve s.) istifadə edilməlidir Zərərçəkmə olarsa həkimə müraciət etmək lazımdır Boşalmış taralar zərərsizləşdirilərək utilləşdirilməlidir
İstehsalçı: Faber Kimya & llaç San Tic. Ltd Sti", Turkiya