DL-METHIONINE 99 %
Məzmun
“Preparatın ticarət adı”nın “Preparatın Azərbaycan dilində adı”: DL-METHIONINE 99 %
Preparatın beynəlxalq adı: DL- Methionine.
Preparatın təsviri: Xarici görünüşcə ağ rəngdən açıq- boz rəngə qədər çalarllı, kristallik şəkilli toz halındadır.
Dərman forması: toz şəkilli
Preparatın tərkibi fəal maddə: DL-METIONIN - 99 %
Farmako-terapevtik qrupu: yem əlavəsi
Preparatın təyinatı: Yem əlavəsi
Qablaşdırma forması: Kisə
Saxlanılma şəraiti və yararlılıq müddəti: 36ay ay. Yem əlavəsi istehsalçı qablaşmasında, quru, qaranlıq, ərzaq, yem, içməli sudan aralı və uşaqlar üçün əlçatmaz yerdə (+15°-dən +25°C-dək) temperatur şəraitində saxlanılmalıdır və daşınmalıdır.
Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: DLMetionin ağ rəngdən açıq sarı rəngə qədər çaları olan kristalik toz halındadır. Molekul düsturu C5 H11 NO2S, molekul kütləsi:149,21. Cas nömrə 59-51-8-dir. DL-Metionin monoaminmonokarbon əvəzedilməz aminli turşudur, orqanizmdə maddələr mübadiləsində mühüm rol oynayır. Belə ki, o toxuma zülallarının sintezində, həm də bir sıra vitaminlərin, hormonların, fermentlərin sintezində iştirak edir, hemoqlobin sintezinə bir başa təsir göstərir və aminli turşu defisiti zamanı xüsusi ilə əhəmiyyətlidir, tərkibində kükürd olan aminli turşu ehtiyatının yaradılmasında iştirak edir. DL-Metionin heyvanların məhsuldarlığını artırır, sistin və vitamin A ilə birlikdə quşlarda tükün əmələ gəlməsində iştirak edir.
Tətbiqinə göstərişlər: Yem əlavəsi yem rasionunu amin turşusu ilə zənginləşdirmək məqsədilə istifadə edilir.
İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi istifadə edilərkən rasionda aminli turşuların səviyyəsindən və protein tərkibindən asılı olaraq müəyyən edilir, heyvanların və quşların tələbatı nəzərə alınmaqla, yem əlavəsi 1 ton qarışıq yemə 0,5 kq-dan 2,5 kq-dək miqdarında qarışdırılaraq verilir. DLMetionin müasir texnologiya və müasir texniki avadanlıqla elə qarışdırılmalıdır ki, yem əlavəsi yem kütləsinin hər bir hissəsində bərabər konsentrasiyada yayılmış olsun. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir
Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar və quşlar ( 3-5 baş) üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir.
Yanaşı mənfi təsirləri: Təlimata müvafiq olaraq istifadə edildikdə heç bir yanaşı mənfi təsir yoxdur.
Artıq doza fəsadları: Ədəbiyyat məlumatına görə 3% miqdarında cücələr üçün qarışıq yemlərə qatılmış DL- Metionin 10- 15 gündən sonra cücələrə toksiki təsir göstərmiş, onların çəki artımı aşağı düşmüş və hərəkət pozğunluqları baş vermişdir.
Əks göstərişlər: Təyin edilmiş dozalaşdırmaya uyğun istifadə edilir. Yem rasionunda aminli turşuların səviyyəsi və protein tərkibi müəyyən edilməmiş istifadəsi tövsiyə edilmir.
Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: DL- Metionin verilmiş heyvan və quşların məhsulları məhdudiyyətsiz olaraq istifadə edilir və gözləmə vaxtı tələb olunmur.