AVIANS (FRANSA)
Описание
"Aviance" - Yem əlavəsi
Yem əlavəsinin təsviri: Xarici görünüşcə, ağımsov rəngli, toz halındadır
Yem əlavəsinin forması: Toz şəkilli.
Yem əlavəsinin tərkibi: Kalsium karbonat- 876 000 mq. Aromatlandırıcı maddələrin qarışığı (Mixək, darçın, keklik otu, oregano) -124 000mq.
Yem əlavəsinin qrupu: Yem əlavəsi
Qablaşdırma forması: Yem əlavəsi 25 k miqdarında polietilen içlikli çoxlaylı kağız kisələrdə, iri tutumlu qablamalarda qablaşdırılır
Saxlanılma şəraiti ve yararlılıq müddəti: Preparat istehsalçı qablaşdırılmasında, sərin, quru, qaranlıq, yaxşı havalandırılan, heyvanlardan və qida məhsullarından uzaq, uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Yararlılıq müddəti 1 (bir) ildir.
Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: Yem əlavəsinin farmakoloji xüsusiyyətləri onun tərkibinə daxil olan bioloji aktiv maddələrin xüsusiyyətləri ilə səciyyələnir. Yem əlavəsi auslarda maddələr mübadiləsini stimullaşdırır, onların boy və inkişafın surətləndirir, ümumiyyətlə məhsuldarlığı artırır.
Tətbiqinə göstərişlər: Yem Əlavəsi yemlərin əsasən kalsiumla zənginləşdirməsi üçün istifadə olunur
İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi yumurtlayan toyuqların yeminə 0,05%-dən 0,075%-ə qədər, hind toyuqların yeminə 0,1%-ə qədər həcmində qarışdırılır. Yem əlavəsi qarışıq yem hazırlayan zavodlarda və ya təsərrüfatların yem sexlərində yem hazırlanan zaman yemlərə qatılmaq üçün istifadə edilir. Yem qatılacaq miqdar yem rasionunda proteinin səviyyəsindən. aminli turşuların tərkibindən asılı olaraq müəyyən edilir. Qarışdırma müasir qarışdırıcılar və texnologiya ilə aparılmalı və yem əlavəsinin ümumi yem kütləsində bərabər yayılması təmin edilməlidir.
Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup quşlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Yanaşı mənfi təsirləri: Məsləhət görülən qaydada tətbiq edildikdə yanaşı mənfi təsir müşahidə edilmir.
Əks göstərişlər: Müəyyən edilməmişdir.
Yem əlavəsi tətbiq edilmiş heyvan və quş məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Heyvanlar və quşların məhsulları məhdudiyyətsiz olaraq istifadə edilə bilər və gözləmə vaxtı tələb olunmur.
Təhlükəsizlik qaydaları: Yem əlavəsi ilə işləyərkən fərdi mühafizə vasitələrindən (xalat, əlcək, maska, respirator və s.) istifadə edilməli, gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməlidir.
İstehsalçı: "Ege Techna Hay. Bes. Tek. San. ve Tic. A. Ş." Türkiyə
Buraxılış forması: 25kq.