İMUNEO
Description
İMUNEO-Yem əlavəsi.
Yem əlavəsinin təsviri: Xarici görünüşcə spesifik iyli maye halındadır.
Yem əlavəsinin forması: Maye.
Yem əlavəsinin tərkibi fəal maddələr: Vitaminlər: A- 2 400 000 BV, D3- 506.300 BV, E- 8.000 BV, B1- 9.000mq, B2- 1.280mq, B5- 4.000, B6- 4.000, B12-5.0mq, C- 9.600mq, DL- Metionin- 1.000 mq, Lizin- 1.000 mq və köməkçi maddələr.
Farmakoloji qrupu: Yem əlavəsi.
Qablaşdırma forması: Yem əlavəsi 1,0, 5,0, 20, 1000 litr miqdarında yüksək Sıxlıqlı materialdan hazırlanmış polimer butulkarda, bidonlarda və boçkalarda qablaşdırılır
Saxlanılma şəraiti yararlılıq müddəti: Yem əlavəsi istehsalçı qablaşmasında, yaxşı havalandırılan, quru, sərin, qaranlıq, ərzaq, içməli sudan aralı və uşaqlar üçün əlçatmaz yerdə +5°-dən +25°C-dək arası temperatur şəraitində saxlanılmalıdır Yararlılıq müddəti 2 (iki) ildir.
Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri va farmakoloji xüsusiyyətləri: Yem əlavəsinin farmakoloji xüsusiyyətləri onun tərkibinə daxil olan vitamin və sair bioloji fəal maddələrlə səciyyələnir. Yem əlavəsinin tərkibinə daxil olan vitaminlər ev quşlarının yem rasionunda çatışmayan həmin vitaminlərin çatışmazlığını aradan qaldırmaq yəni yem rasionunu balanslaşdırmaq üçün əhəmiyyətlidir.
Tətbiqinə göstərişlər: Yem əlavəsi ev quşlarında hipovitaminozlarin profilaktikası, rasionu vitaminlərə görə balanslaşdırmaq, stressləri aradan qaldırmaq, məhsuldarlığı artırmaq, boy inkişafını intensivləşdirmək məqsədi ilə istifadə edilir. Yem əlavəsi həm də ev quşlarının infeksion xəstəliklər və helmintozlara görə müalicə edərkən yardımçı vasitə kimi əhəmiyyətlidir.
İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi ev quşlarının bir ton içməli suyuna 1,0 3,0 litr miqdarında qarışdırılaraq 3 gün ardıcıl onlara içirdilir. Qarışdırma müasir texniki avadanlıq və texnologiya ilə qarışdırılmalıdır ki, yem əlavəsi içməli suyun tərkibində eyni konsentrasiyada yayılsın.
Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup quşlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.
Yanaşı mənfi təsirləri: Təlimata müvafiq olaraq istifadə edildikdə heç bir yanaşı mənfi təsir yoxdur.
Başqa preparatlarla uyuşması: Məlumat verilməmişdir.
Əks göstərişlər: Müəyyən edilməmişdir.
Gözləmə vaxtı: Tələb olunmur.
Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, fərd mühafizə vasitələrindən istifadə edilməlidir.
İstehsalçı: "EGE TECHNA Hay. Bes. Tek. San. ve Tic. A. Ş.", Türkiyə.
Buraxılış forması-5 LT