PAL-100

0.00
-
+
Weight : 20.0 kilograms
Animals :

Description

"PAL-100" - Yem əlavəsi .

Yem əlavəsinin təsviri: Xarici görünüşcə ağ krem rəngindən açıq-sarı rəngə qədər çalarları olan toz halındadır.

Yem əlavəsinin forması: Toz.

Yem əlavəsinin tərkibi fəal maddələr: Xam yağ-99,0% (min), natrium bikarbonat-5.000 mq, maqnezium oksid-5.000 mq.

Farmakoloji qrupu: Yem əlavəsi .

Qablaşdırma forması: Yem əlavəsi 25kq miqdarında kraft kisələrdə qablaşdırılır

Saxlanılma şəraiti yararlılıq müddəti: Yem əlavəsi istehsalçı ve qablaşmasında, yaxşı havalandırılan, quru, sərin, qaranlıq, ərzaq, içməli sudan aralı və uşaqlar üçün əlçatmaz yerdə +5°-dən +25°C-dək arası temperatur şəraitində saxlanılmalıdır. Yararlılıq müddəti 12 (on iki) aydır.

Təsiredici maddənin esas fiziki-kimyəvi xassələri farmakoloji və xüsusiyyətləri: "Pal-100" kənd təsərüfatı heyvanlarının yem rasionuna əlvə edilən yağdır. Yağ yem əlavəsinin yemlərə qatılması sayəsində yemin enerjisini artırır. "Pal-100" yem əlavəsi yeni doğulmuş inəfərə laktasiya dövrünün başlanğıcında enerji çatışmazlığını aradan qaldırmaq üçün onların rasionuna əlavə edilməsi çox faydalıdır.

Tətbiqinə göstərişlər: Heyvanların yem rasionunu enerji mənbəyi ilə zənginləşdirmək yəni yemin enerjiliyini artırmaq məqsədi ilə tətbiq edilir. Yağ yem əlavəsi heyvanlarda məhsuldarlığı artırır

İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi sağmal heyvanların bir ton qarışıq yeminə 30-100 kq miqdarında qarışdırılaraq yedizdirilir. Kökəltmə heyvanların bir ton qarışıq yeminə 5-15 kq miqdarında qarışdırılaraq verilir. Qarışdırma müasir texniki avadanlıq və texnologiya ilə qarışdırılmalıdır ki, yem əlavəsi bütün yem kütləsində eyni konsentrasiyada yayılsın. Az miqdarda yemə əl üsulu ilə yem əlavəsi qatılır və qarışdırılır. Sonra isə yem porsiya ilə əlavə edilir və yaxşı qarışdırılır və beləliklə tələb olunan yem miqdarına qədər qarışdırılır.

Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup heyvanlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir

Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır.

Yanaşı mənfi təsirləri: Təlimata müvafiq olaraq istifadə edildikdə heç bir yanaşı mənfi təsir yoxdur.

Başqa preparatlarla uyuşması: Məlumat verilməmişdir.

Əks göstərişlər: Müəyyən edilməmişdir.

Gözləmə vaxtı: Tələb olunmur.

Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən şəxsi gigiyena və təhlükəsizlik qaydalarına əməl edilməli, fərdi mühafizə vasitərindən istifadə edilməlidir.

İstehsalçı: "ZNF Besin Maddeleri San. Ve Tic. Ltd. Şti.", Türkiyə.

 

Buraxılış forması: 20kq.
 

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}