VETAKORT® 4 mg

0.00
-
+
Weight : 50 grams
Category :
Animals :

Description

İnyeksiya edilə bilən məhlul | Kortikosteroid

TƏRKİBİ
Hər ml başına: 4 mq Deksametazon bazasına ekvivalent olan deksametazon natrium fosfat vardır.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ
Vetakort 4 mq inyeksiya edilə bilən məhlulda deksametazonun natrium esteri var; bu aktiv maddə, minimal
mineralokortikoid aktivliyə malik güclü qlükokortikoid olan prednizolun flüor-metil törəməsidir. Deksametazon,
prednizoluna nisbətən 10-20 qat daha çox iltihab əleyhinə təsir göstərir. Deksametazon, digər kortikosteroidlər
kimi, iltihab reaksiyalarında toxumaların cavabını azaldır və ya əngəl törədir. Makrofaq və leykositlər kimi iltihab
hüceyrələrin iltihablı bölgədə yığılmasının qarşısı alınır və beləliklə iltihab simptomlarının qarşısını alır.
Deksametazon, əzələdaxili inyeksiyadan sonra sürətlə əmilir və qısa müddət ərzində ən yüksək plazma
səviyyəsinə çatır (məsələn, köpəklərdə 30 dəqiqə). Təsirini təxminən 48 saat davam etdirən, sürətli cavab verən
alkoqol şəklinə hidrolizə olur. Sürətlə sidik və nəcis ilə xaric olur. Vetakort, çox güclü iltihaba qarşı bir vasitədir,
antitoksik, antieksudativ və antiallergik təsirə malikdir. İltihab hallarda istifadə edildikdə çox sürətli bir sağalma
təmin edir. Vetakort əlamətdar bir katabolik təsir göstərir və qlükonogenezisi sürətləndirir.

İSTİFADƏ SAHƏSİ
Mal-qara, at, pişik və itlərdə, aşağıda göstərilən hallarda istifadə olunur:
• Atlarda, mal-qara, pişik və itlərdə antiinflamatuar və antiallergik olaraq; ödem, metabolik iltihab
hadisələri, revmatik, allergik və dermatoloji (ekzema, kovan və s.) iğtişaşlar, kəskin mastit, lopa, yanıqlar,
zəhərlənmə, həmçinin əməliyyatdan əvvəl və sonrakı şok profilaktikası olaraq,
• Mal-qarada ilkin ketozun (asetonomiyanın) müalicəsində, həzmsizlikdə, pişik və itlərdə eklampsiyada,
əsas müalicəyə əlavə olaraq,
• Mal-qaranın doğuşun başlanğıcında və atlarda şok vəziyyətində dəstəkləyici müalicə məqsədi ilə,
• Lokal (intra və periartikulyar) olaraq: luksasiya, təhrif, tendinit, tendovaginit, artrit, bursit və ya tendosinovit
hallarında iltihab əleyhinə təsir təmin etmək məqsədilə istifadə olunur.

İŞLƏDİLMƏ QAYDASI VƏ DOZASI:
Baytar həkim tərəfindən başqa şəkildə tövsiyə olunmadıqda:
Deksametazonun farmakoloji dozası, iribuynuzlu heyvanlarda və atlarda əzələdaxili olaraq 20-60 μq/kq axili
olaraəki, pişik və köpəklərdə isə 0,1 mq/kq canlı ağırlıqda praktik dozalar tənzimlənir.
Əzələdaxili (İ.M.), dərialtı (S.C.), lokal olaraq və ya yavaş-yavaş vermək şərtilə damardaxili (İ.V.) tətbiq edilir..
Mbiqəzəm surətdə;
Əzələdaxili, dərialtı və ya damardaxili (yavaş-yavaş);
Mal-qara, at : 1.5 ml/100 kq diri çəki
Dana, day : 0.75 ml/50 kq diri çəki
Pişik və itlərdə : 0.25 ml/10 kq diri çəki
Lazım olduqda dozalar, 24-48 saatdan sonra bir dəfə təkrarlana bilər.
Mal-qarada ilkin ketozun (asetonomiyanın) müalicəsi üçün adətən bir doza kifayətdir. Bununla birlikdə, lazım
olduqda, doza 48 saatdan sonra təkrarlanır.
Atlarda, şok vəziyyətində, damardaxili olaraq, 4-6 mq/kq dozada yavaş-yavaş bir şəkildə verildiyi təqdirdə tətbiq
edilir.
Mal-qarada doğuşa başlamaq üçün, hamiləliyin 260-cı günündən sonra tətbiq olunur. 48-72 saatdan sonra
buzovlama baş vermirsə, doza təkrarlanır.
Lokal olaraq;
Böyük heyvanlarda intraartikulyar: 1,5-3 ml kiçik heyvanlarda intra və periartikulyar: 0,05-1 ml

QİDALARDAKI PREPARAT QALIQLARI HAQQINDA XƏBƏRDARLIQLAR:
Müalicə müddətində və preparatın tətbiq edilməsindən sonra mal-qara 21 gün keçmədən kəsimə
göndərilməməlidir. Müalicə zamanı və son preparat tətbiq edildikdən sonra inək südü 3 gün (6 sağım) ərzində
insan istehlakına təklif edilməməlidir.
 

BURAXILIŞ FORMASI
50 ml

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}