SALİNOMİSİN

0.00
-
+
Weight : 25.0 kilograms
Category :
Animals :

Description

Preparatın təsviri: Xarici görünüşcə qəhvəyi rəngdən sarımtıl- qəhvəyi rəngə qədər çaları olan dənəvər halındadır.

Dərman forması: qranula

Preparatın tərkibi fəal maddə: SALINOMISIN. - 12 %

Farmako-terapevtik qrupu: quru yem əlavəsi

Preparatın təyinatı: Yem əlavəsi

Qablaşdırma forması: Kisə

Saxlanılma şəraiti və yararlılıq müddəti: 2il ay. Yem əlavəsi istehsalçı qablaşmasında, yaxşı havalandırılan, quru, sərin, qaranlıq, ərzaq, içməli sudan aralı və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır və daşınmalıdır.

Təsiredici maddənin əsas fiziki-kimyəvi xassələri və farmakoloji xüsusiyyətləri: Salinomisin Streptomyces albus göbələyinin fermentasiyası yolu ilə alınan, poliefirlər qrupuna aid antibiotikdir. Salinomisin geniş spektirli antikoksidial antibiotikdir. O, Eimeria necatrix, E. tenella, E.acervulina, E. brunetti, E. maxima, E.mivati, E.praecox və quşlarda parazitlik edən digər növ eymeriyalara qarşı antikoksidal təsirə malikdir. Salinomisinin antikoksidal təsir mexanizmi onun birvalentli və iki valentli qələvi kationlarları ilə komplekslər əmələ gətirməklə və onları parazitin hüceyrə divarından içəri keçirməklə osmotik balansı pozmaqdan ibarətdir ki, bu da koksidlərin məhvinə səbəb olur. Salinomisin praktiki olaraq mədə - bağırsaqlardan sorulmur, selikli və selikaltı qişalarda koksidilərə (eymeriyalara) qarşı təsir göstərir. Salinomisin dəyişikliklərə uğramadan əsasən fekali ilə xaric edilir. Salinocox® orqanizmə təsirinə görə QOST 12.1.007. 76 üzrə 3-cü sinif (mötədil təhlükəli) maddələrə aid edilir. 11. Tətbiqinə göstərişlər: Yem əlavəsi broyler cücələrində və toyuqların təmir cavanlarında koksidiozların profilaktikası məqsədi ilə yemə qarışdırmaqla tətbiq edilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya sistemi – AQTİS İmzalayan şəxs: QEYD: “Elektron imza və elektron sənəd” haqqında Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. 2/2 12. İstifadə və dozalaşdırma qaydaları: Yem əlavəsi bir ton yemə 60q hesabı ilə qarışdırılaraq aşağıdakı qaydada tətbiq edilir. Broyler cücələrinə bir günkük yaşdan başlayaraq, kəsimə 5 gün qalanadək, bütün yetişdirmə dövründə yemləndirilir; Toyuqların təmir cavanlarına bir günlük yaşdan başlayaraq onlara 16 həftəlik yaşa çatanadək yemləndirilir. Quşların sutkalıq yem payında Salinomisinin bərabər qarışmasını təmin etmək üçün, preparatın sutkalıq dozası sutkalıq yem payının əvvəlcə az bir hissəsinə qarışdırılır və bundan sonra preparat qarışdırılmış sutkalıq yemin qalan hissəsi ilə yaxşı qarışdırılır. Qeyd: Yem əlavəsi kütləvi tətbiq edilməsindən əvvəl kiçik qrup quşlar üzərində sınaqdan keçirilir və 3 gün ərzində heç bir fəsad müşahidə edilmədikdə kütləvi tətbiq olunur. İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydaları üstün hesab edilməlidir. Verilmiş təlimat istehsalçı tərəfindən yem əlavəsinin tərkibində hər hansı dəyişiklik edilmədiyi müddətdə etibarlıdır 13. Yanaşı mənfi təsirləri: Təlimata müvafiq olaraq istifadə edildikdə heç bir yanaşı mənfi təsir yoxdur. 14. Artıq doza fəsadları: İstehsalçının istifadə təlimatında və qablaşma (tara) üzərində göstərilən istifadə və dozalaşdırma qaydalarına uyğun istifadə edilir 15. Əks göstərişlər: Yumurtası qida kimi istifadə edilən yumurtlayan toyuqlarda və damazlıq quşlarda tətbiq edilmir. Tiamulinlə eyni zamanda və Tiamulinin verilməsinə 7 gün qalmış və verildikdən sonra 7 gün keçməmiş tətbiqi qadağandır. Həm də, başqa antikoksidial preparatlarla eyni zamada tətbiq etmək olmaz.

Preparat tətbiq edilmiş heyvan məhsullarının qida kimi istifadə edilməsi üçün gözləmə vaxtı: Yem əlavəsi verilmiş quşlar axırıncı gündən 5 sutka sonra ətlik məqsədlə kəsilə bilər.

Təhlükəsizlik tədbirləri: Yem əlavəsi ilə işləyərkən gigyena və şəxsi təhlükəsizlik qaydalarına əməl edilməsi və şəxsi mühafizə vasitələrindən (rezin əlcəklər, qoruyucu gözlük və respiratordan) istifadə edilməlidir. Yem əlavəsi ilə işləyərkən siqaret çəkmək, su içmək və qida qəbul etmək olmaz. Yem əlavəsi ilə işi qurtardıqdan sonra əlləri və üzü sabunla su ilə yumaq lazımdır. Yem əlavəsinin boşalmış taralarının məişətdə istifadə edilməsi qadağandır və onlar utuləşdirilməlidir.

{{chatWithUsText}} - {{conversation?.customer_name}}
{{validationMessages.customerName.required}}